Şahin Xudaverdiyev: Qadın karateçilərimiz dünya çempionatına ciddi hazırlaşırlar
Bakı, 19 oktyabr, AZƏRTAC
“Uzun müddətdir dünya çempionatı ilə əlaqədar təlim-məşq toplanışları keçirik. Yay aylarında belə, istirahətsiz çalışdıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın karateçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şahin Xudaverdiyev dünya çempionatına hazırlıqla bağlı təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.
Mundialın iki ildən bir keçirildiyini xatırladan mütəxəssis bütün ölkələrin yarışa ciddi hazırlaşdığını bildirib: “Biz də yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik. Düşünürük ki, Vətənə yaxşı nəticələrlə dönəcəyik. İdmanda hər şey mümkündür. Karateçi zədələnə və bu səbəbdən yaxşı nəticə əldə etməyə bilər. Bununla belə, ölkəyə medalsız qayıtmacağımıza ümid edirəm”.
O, zədəsini sağaldan yığma üzvü Fidan Teymurovanın son durumunu da açıqlayıb: “İdmançımızın topuğunda yırtıq əmələ gəlmişdi. Bununla əlaqədar müəyyən müalicələr aldı. Sevindirici haldır ki, bizimlə birgə dünya çempionatına yollanacaq”.
Qeyd edək ki, karate üzrə dünya çempionatı oktyabrın 24-dən 29-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]