Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Bakı, 2 mart, Anara Axundova, AZƏRTAC

Sahib Məmmədov rus dilində yazan Azərbaycan şairidir. Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar Birliyinin, Şimali Amerika Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Birliyinin üzvüdür. Həm də boks üzrə idman ustasıdır.

Bir çox nüfuzlu mükafatlara, titullara və təltifnamələrə layiq görülmüş Sahib Məmmədov 2022-ci ildə ilin ən yaxşı beynəlxalq şair adını qazanıb (Pekin Beynəlxalq Poeziya Tərcüməsi Tədqiqatları Mərkəzinin rəyinə əsasən).

Sahib Məmmədov AZƏRTAC ilə söhbətində onun üçün şairliyin nə demək olmasından bəhs edib, bugünkü dünyada ədəbiyyatın tutduğu mövqe ilə bağlı fikirlərini bölüşüb.

- Sahib, Sizə tez-tez idmandan poeziyaya necə gəlməyiniz barədə suallar verirlər. Mənə isə maraqlıdır ki, Siz nə üçün boksla peşəkar məşğul olduğunuz halda, İqtisadiyyat Universitetində oxumağı seçdiniz?

- Ondan başlayaq ki, mən məktəbə bir il tez getmişəm, ona görə də, on birinci sinfi 15 yaşımda başa vurmuşam. Bu yaşda mənim fikrim-zikrim ancaq idmanla bağlı idi. Saysız-hesabsız məşqlər edərək, özümü tamamilə idmana həsr etmişdim. Lakin məktəbi bitirməyə bir il qalmış gələcək təhsilimlə bağlı seçim etmək barədə düşünməli oldum. İdman İnstitutuna daxil olduqdan sonra məşqçi qismində işləməyi heç özüm də istəmirdim, çünki idmançı olmağın nə demək olduğunu və necə böyük əmək tələb etdiyini bilirdim. Bəs, onda 14 yaşlı oğlan bu istiqamətlərdən hansını seçməli idi? O vaxt hələ heç şeirlə də məşğul olmurdum, buna nə həvəsim, nə də yaradıcılıq meylim yox idi. Hansında qəbul imtahanlarını vermək mənim üçün daha asan başa gələcəkdisə, həmin qrupu seçməklə bağlı çox bəsit qərar verməli oldum. Seçimim ikinci qrupun üzərində qərarlaşdı.

Bir il sərasər repetitor yanına hazırlığa gedəndən sonra, 15 yaşımda hər hansı daxili arzu və istək hiss etmədən İqtisadiyyat Universitetinin tələbəsi adını qazandım. Ümumiyyətlə, hesab edirəm ki, gələcək həyat yolunu çox gənc ikən seçmək hər zaman təqdirəlayiq hal deyil. Çünki daha yetkin yaşda hər şeyi yenidən götür-qoy edirik və hər şeyə tamamilə başqa nöqteyi-nəzərdən baxırıq. Nəticədə isə məyusluq baş verir, lap elə mənim özümdə olduğu kimi... Magistraturanı qırmızı diplomla bitirəndən sonra mənə aydın oldu ki, iqtisadiyyat və mən tamamilə ayrı-ayrı qütblərdəyik.

- Nəticədə, siz şair oldunuz. Həm də sadə şair olmadınız, canlı klassikə çevrildiniz: Sizi XXI əsrin Qorqudu adlandırırlar, şeirləriniz məktəb proqramına daxil edilib. Gənclik illərinizdə belə bir şeyin baş verəcəyini təsəvvür edə bilərdinizmi?

- Əgər gəncliyimin ilk çağlarında mənə bu barədə deyilsəydi, əlbəttə ki, inanmazdım. Amma hər insanın öz taleyi var, ona görə də, bizə Yaradanın nəyi nəsib edib-etməyəcəyini dəqiq bilə bilmirik, əks halda, yaşamaq da çox maraqsız olardı. Mənim yaradıcılıqla bağlı uğurlarıma gəldikdə isə, səmimi deyəcəyəm, hətta ən kiçik nailiyyətimə də sidq ürəkdən sevinirəm. Bu, mənə güc, ilham verir, insanlara, oxucularıma xidmət etmək həvəsi bəxş edir, əksinə heç bir halda özümü onlardan üstün tutmaq duyğusu oyatmır. Daha doğrusu, demək istədiyim odur ki, özümü heç vaxt incəsənət “ulduzlarının” siyahısına aid etməmişəm.

- “Ulduz” olsanız da, olmasanız da, ölkəmizi çoxsaylı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edirsiniz, çox vaxt da qalib gəlirsiniz. Yeri gəlmişkən, poeziyada rəqiblərin olmadığını deyirsiniz... Bəs, onda bu müsabiqələr nə üçündür?

- Bəli, həqiqətən, mən bu fikrin tərəfdarıyam ki, poeziya idman yarışı deyil, poeziyada heç bir rəqib mübarizə aparmamalıdır. Ümumiyyətlə, poeziyada rəqiblər olmamalıdır. Məgər ağacda oturub nəğmə oxuyan quşlar bir-biri ilə rəqabət aparırlar?

Müsabiqələrə və istənilən poetik meydanlara gəldikdə isə, bütün bunlar sırf poetik ruhun, əhvali-ruhiyyənin yüksəldilməsi üçün, bir sözlə, ilhamın artırılması üçündür. Belə tədbirlərdə iştirak edən müəllif zalın enerjisi ilə yüklənir, digər müəlliflərlə tanışlıq və ünsiyyət üçün fürsət yaranır... Bu isə hər zaman maraqlıdır. Üstəlik, qələbə qazanmaq mümkün olanda isə, onda bu, ikiqat xoşbəxtliyə çevrilir. Təkrar edirəm, bu, mənə gələcək fəaliyyətimlə bağlı stimul verir. Belə müsabiqələrdə iştirak etməklə, şübhəsiz ki, təcrübəyə yiyələnirsən, münsiflər heyətinin tənqidlərini dinləyirsən, ərsəyə gətirdiyinə artıq kənardan, oxucunun gözü ilə baxmağa başlayırsan. Böyük beynəlxalq müsabiqələrə gəldikdə isə bu, Azərbaycanı növbəti dəfə layiqincə təqdim edə bilmək və qələbə qazanıldığı təqdirdə öz ölkənin bayrağını ən ucaya yüksəldə bilmək imkanıdır.

- Hansı qələbə Sizin üçün daha əlamətdar olub?

- Mənim üçün ən əlamətdar qələbələrdən biri Rusiyanın “Rusiyanın Qızıl Lələyi”mükafatı idi. Bu mükafata indiyədək Rimma Kazakova, Yevgeni Yevtuşenko, Mixail Zadornov layiq görülüblər. Bundan başqa, Çində məni 2022-ci ildə dünyanın ən yaxşı şairi elan ediblər. Ancaq mən diplomların, medalların azlığı-çoxluğu ilə öyünmürəm, çünki əsas qələbələrimin hələ qarşıda olduğuna inanıram.

- Müsahibələrinizin birində döyüş sənəti ilə poeziya arasındakı fərqlərdən danışmısınız. Bəs, bu iki fərqli sfera arasındakı oxşar cəhətlər nədən ibarətdir?

- Şübhəsiz ki, idman və yaradıcılıq müqayisə olunmayan sahələrdir. Lakin oxşarlıq az da olsa, var: bu, gərgin əməkdir, çünki onların hər biri yaradıcılıq tələb edir.

Qədim Romada qladiatorların hər biri bu müqəddəs həqiqəti bilirdi: “Ludusda nə qədər çox tər töksən, arenada bir o qədər az qan axıdarsan”.

- Qladiator – olduqca maraqlı müqayisədir… Ancaq indi mənim yadıma Sizin digər bir müqayisəniz düşdü. Sizin bir şeiriniz var, orada qeyd edirsiniz ki, “şair hər kəsin yerinə əzab çəkmək üçün doğulan adamdır”. Bir dəfə isə şairi peyğəmbərlə müqayisə etdiniz və dediniz ki, onun missiyası xalqın carçısına çevrilməkdir.

- “Şair - xalqın öz səsidir” - əzablardan bəhs edən şeir məhz bu sözlərlə başlayır. Şair haqqında söz açdığı qəhrəmanların obrazına daxil olur, məsələn, aktyor da canlandırdığı personajın rolunu ifa edir. Aktyor bu zaman öz şəxsiyyətini arxa planda qoymağı bacarmalı, canlandırdığı qəhrəmanın məhz özü olduğuna inanmalıdır, onun həyatı ilə yaşamalıdır, emosiyalarını hiss etməli və onları real şəkildə ötürməyi bacarmalıdır. Yalnız bu zaman tamaşaçı onun rolunun həqiqiliyinə və səmimiliyinə inanır. Əks halda, o, çox pis aktyordur. Şairlərdə də belədir. Axı, insanların bir çoxu əzab-əziyyət içində yaşayır, şair isə insanların bu ağrısını hiss etməli, öz daxilində hiss etməli, məhz bundan sonra onu sözlərlə ifadə etməlidir. Lakin missiya bundan ibarət deyil! Axı o carçıdır, insanları təmizliyə, yaxşılığa, xeyirxahlığa səsləyir, bu əzablar məngənəsindən çıxış yolu göstərir. Adətən belədir: insan özünü yaxşı hiss etmirsə, insanlarla şadyanalığı və sevinci bölüşə bilməz. Hər insan ancaq ürəyində olan emosiya və duyğuları paylaşmaqla kifayətlənir. Bəs, ürəkləri kədərdən necə təmizləmək olar, əzab çəkən insanı öz dərd-sər məngənəsindən necə çəkib çıxarmaq olar? Cavab çox sadədir, həmin insanın ağrısını öz ağrın kimi qəbul etməlisən, onu bu bataqlıqdan çıxaracaq ən səmərəli yolu görməyə çalışmalısan. Ona görə də, şeirdə məhz belə deyilir:

“Səadət bəxş etmək üçün,

Dərdə şərik olmaq üçün doğulur şair...”

- Bir vaxt demişdiniz ki, özünüzü nəsrdə sınamaq istəyirsiniz. Hansısa planlarınız, nəsr əsərləriniz varmı?

- Hələlik xüsusi işlərim yoxdur, təkcə Rus Dram Teatrı üçün yazdığım “Xoşbəxtliyin dəyəri” adlı çox böyük olmayan hekayəm var. Ancaq güman edirəm ki, gələcəkdə olacaq.

- Sizin həm də 2019-cu ildə Bakıda uğurla nümayiş etdirilən “Su pərisi” adlı poetik tamaşanız var. Onu yenidən səhnələşdirmək planınız varmı? Yaxud, yeni tamaşa haqqında düşünürsünüzmü?

- Bu il həmin tamaşanın yenidən səhnələşdirilməsini planlaşdırmıram. Çünki bu, yaradıcılıq gecəsi çərçivəsində çox vaxt aparır, yeni tamaşa quruluşları barədə isə hələlik susmağa üstünlük verirəm. Məncə yüz dəfə danışmaqdansa, bir dəfə yerinə yetirmək daha yaxşıdır. Qoy, bu, tamaşaçılarımız üçün sürpriz olsun.

- “Su pərisi”ndə də tamaşaçılara xoş sürpriz hazırlamışdınız – özünüz həmin əsərdə rollardan birini ifa etmişdiniz. Həm də ədəbi gecələrdə tez-tez çıxışlar edirsiniz, öz şeirlərinizi səsləndirirsiniz. Bu, Sizdə əla alınır. Buna necə qərar verdiniz? Axı, şeir yazmaq başqa, onu oxumaq, artistlik etmək isə başqa bacarıq tələb edir.

- Peşəkar şəkildə aktyorluq sənətinə heç bir yerdə yiyələnməmişəm. Boş vaxtım olanda şeirləri ucadan və ahənglə oxuyuram, deklamasiyaya fikir verirəm, hər sözü maksimum dərəcədə hiss etməyə, duymağa, onları düzgün intonasiya ilə səsləndirərək çatdırmağa çalışıram. Amma hər zaman özümə münasibətdə tənqidi yanaşdığıma görə, öz nəticələrimdən nadir hallarda razı qalıram. Qiraətimin dinləyicilərin xoşuna gəlib-gəlmədiyinə isə əlbəttə ki, mən qərar verə bilmərəm.

- Ədəbi gecələr haqqında danışaq: bizim şəhərdə son vaxtlar çox sayda belə tədbir keçirilir. Necə düşünürsünüz, bu tendensiya nə ilə əlaqədardır?

- Ölkəmizdə ədəbiyyatın populyarlaşma ərəfəsində olması əlbəttə ki, bizi sevindirməyə bilməz. Bu hal, sözsüz ki, mədəniyyət sahəsindəki tərəqqi və inkişafla birbaşa əlaqədardır. Bu inkişafın göstəricisi isə şübhəsiz ki, gənclərin mənəvi dəyərlərə böyük maraq nümayiş etdirməsidir. Axı, bədii ədəbiyyat insanlarda mənəvi və əxlaqi dəyərləri tərbiyə edir, onları praqmatik məişət bataqlığında boğulmağa imkan vermir. Bu, sırf ideoloji dəyərlərin maddi dəyərlər üzərində üstünlük əldə etdiyi sahədir.

- Bəs, dünyada ədəbiyyatın vəziyyəti nə yerdədir? Siz çoxlu səyahət edirsiniz, beynəlxalq müsabiqələrə qatılırsınız. Çox güman ki, bununla bağlı hər hansı yekun nəticə çıxara və hətta proqnoz verə bilərsiniz - ədəbiyyat yaşayacaqmı?

- Ədəbiyyat şifahi xalq yaradıcılığı formasında hələ insan yazmağı öyrənmədiyi dövrdə meydana gəlib, ona görə də, insan var olduqca, ədəbiyyat da yaşayacaq. Əgər təxəyyülümüzə güc versək və bir neçə yüz il sonra süni intellektin biz insanları planetdən sıxışdırıb çıxardığını təsəvvür etsək, o zaman əlbəttə ki, maşınlara bu ədəbiyyat gərək olmayacaq. Nə qədər ki, duyğular, emosiyalar var, nə qədər ki, biz varıq, kitablar da bizimlə birgə var olacaq.

Əgər konkret olaraq, poeziya haqqında danışsaq, o zaman məlum olduğu kimi, Rusiyada indiki sillabo-tonik şeiryazma formasını Trediakovskiy və Lomonosov tətbiq ediblər. Əvvəlki dövrlərdə yazılan şeirlər bu qədər səliqəli və ahəngdar olmayıb.

Qərbdə şeiryazmanın (şeiryaratmanın – red.) klassik forması çoxdan məhv olub və indi müəlliflər ölçü və qafiyədən tamamilə uzaqlaşıblar. Nəticədə bu, rusdilli poeziyaya da təsir edir. Belə bir fenomeni necə xarakterizə edəcəyimi bilmirəm. Ancaq bu tendensiyanın bizi “Lomonosovaqədərki” dövrlərə aparacağına inanmaq istəmirəm.

- Gadcet və sosial şəbəkələr əsrində uşaqları oxumağa, yaxşı ədəbiyyat oxumağa, poeziyaya necə həvəsləndirmək olar?

- Düşünürəm ki, ədəbiyyata, şeirə sevgi insana uşaqlıqdan aşılanmalıdır. O, kitab oxumalıdır, qafiyələri öyrənməlidir, sonra şeiri əzbərləməlidir və yalnız daha sonra müstəqil şəkildə oxumalıdır. Onun mənəvi tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bunun əvəzinə, müasir valideynlər uşaqlarına kitab yox, telefon və gadcet alırlar – təki oyun oynasınlar və böyüklərə mane olmasınlar. Beləliklə, uşaqlarda kitablara laqeyd münasibət yaranır. Buna görə də, belə cihazların özləri və internet bu işə əslində maneə törətmir. Düzgün tərbiyə ilə, əksinə, hər hansı bir maraqlı ədəbiyyat, o cümlədən şeir axtarmaq üçün zəruri köməkçilərə çevrilə bilir. Bizim dövrümüzdə nə kitablar, nə də lazımi məlumatlarla bağlı çatışmazlıq yoxdur, sadəcə gənc nəslin mənəvi tərbiyəsinə düzgün yanaşmaq lazımdır. Onda İnternet də dəyərli əsərlərin oxunması üçün əvəzsiz vasitəyə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur