“Şair və yazıçı tribunası” layihəsi çərçivəsində İlyas Tapdığın xatirəsi anılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış uşaq yazıçısı və tərcüməçi İlyas Tapdığın anım gününə həsr olunmuş tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib, tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq yazıçının yaradıcılığından söhbət açıb.
Anım mərasimində şairin qohumu Cəmil Tapdıqov, tanınmış şair Oqtay Rza, “Məcməüş-şüəra”nın sədri, şair Şahin Fazil, şair-publisist Vahid Aslan, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, jurnalist, yazıçı-publisist Yəhya Cəniyar, yazıçı-publisist Zərəngiz Mansurova və başqaları İlyas Tapdıq yaradıcılığının özünəməxsusluğundan, uşaq ədəbiyyatımızın zənginləşdirilməsindəki xidmətlərindən danışıblar.
Tədbirdə İlyas Tapdıq haqqında videoçarx nümayiş olunub, şeirləri səsləndirilib.