Şairə Xəzangül Hüseynova ilə görüş təşkil edilib
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Arxivinin Gəncə filialının rəhbərliyi və Gəncə şəhər 23 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynovanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər şairənin həyat və yaradıcılığı, poetik dünyası və onun Gəncə ədəbi mühitinə olan diqqət və fədakarlığından danışıblar.
Sonra şairənin poeziyasında nümunələr oxunub.
Sonda çıxış edən Xəzangül Hüseynova tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.