SALYANDA ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YENİ BİNA TİKİLMİŞDİR
Salyanda dövlət vəsaiti ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 8 mənzilli yaşayış binası tikilmişdir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər cür kommunal şəraiti olan mənzillərin orderləri öz sahiblərinə Milli qurtuluş günündə təntənəli şəraitdə təqdim edilmişdir.
Rayonda eyni kateqoriyadan olan əhali qrupu üçün tikiləcək 16 mənzilli yeni yaşayış binasının layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, icraçı seçilmişdir.