SALYANIN QARDİLİ VƏ TƏZƏKƏND KƏNDLƏRİNDƏ YENİ MƏKTƏB BİNASI TİKİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Salyanın Qardili kəndində 260, Təzəkənd kəndində isə 140 yerlik yeni məktəb binaları tikilmişdir.
Sentyabrın 15-dək istifadəyə veriləcək bu təhsil ocaqlarında tədrisi müasir tələblər səviyyəsində təşkil etmək üçün bütün zəruri şərait yaradılacaqdır.
Xatırladaq ki, rayonun 1 nömrəli orta məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunur, Yeni Uluxanlı kəndində dövlət vəsaiti ilə 200 yerlik orta məktəb tikilir. Yerli bələdiyyələr isə “Bir bələdiyyə, bir sinif otağı” layihəsinin icrasına başlamışlar. Layihələrə əsasən, bu il rayon məktəblərinin birinci siniflərində oxuyacaq şagirdlərin istifadəsinə yüksək səviyyədə təmir olunmuş 40 sinif otağı veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]