ŞAMAXI REGİONAL AQROSERVİS VƏ TƏCHİZAT BAZASI FERMERLƏRİN YAXIN KÖMƏKÇİSİNƏ ÇEVRİLMİŞDİR
Respublika “Aqrolizinq” ASC-nin Şamaxı regional aqroservis və təchizat bazası Şamaxı və qonşu yeddi rayona xidmət göstərir.
Artıq torpaq mülkiyyətçilərinin yaxın və etibarlı köməkçisinə çevrilmiş bu qurum maddi-texniki bazasını möhkəmləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirir.
Bazadan AZƏRTAC-a bildirmişlər ki, qısa müddətdə müxtəlif markalı 57 traktor, 16 taxılbiçən kombayn, 10 otbağlayan, 7 səpin aqreqatı, 36 kotan, taxıltəmizləyən və yükləmə avadanlığı alınmışdır. Təkcə 2007-ci ildə bazanın köməyi ilə 19.569 hektar sahə şumlanmış, 2.138 hektarda taxıl, 2.371 hektarda ot biçilmiş, 247 min ot və küləş kipi bağlanmış, 1.560 kubmetr torpaq işləri görülmüş, 700 hektar sahəyə gübrə səpilmişdir. Eyni zamanda, əkinçilərə 150 ton superfosfat gübrəsi satılmışdır.
Regional baza qarşıdan gələn yaz tarla işlərinə səylə hazırlaşır. Bu il də xeyli əlavə texnika gətirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]