Şamaxıda 37 min 600 hektardan çox payızlıq taxıl əkilib
Şamaxı, 27 dekabr, AZƏRTAC
Şamaxı taxılçıları payızlıq əkin kampaniyasını başa çatdırıblar. Gələn ilin məhsulu üçün 37 min 639,3 hektarda səpin aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 26 min 148,3 hektarı buğda, qalanı isə arpadır. Son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, əksər ərazilərdə, o cümlədən “Aqro Dairy operations” MMC-nin aqroparkında, Qızmeydan, Göylər, Çarhan kənd, Sabir və Şəhriyar qəsəbə ərazi dairələrində bu mühüm kampaniya mütəşəkkil başa çatıb.
Daha tez səpin keçirilən ərazilərdə normal çıxış alınıb. Hazırda hər yerdə müşahidələr aparılır, zərərvericilərin erkən aşkarlanaraq məhv edilməsi üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]