Samuxda 9620 ton üzüm istehsal olunub
Samux, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda yenidən bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağı 232 hektar olduğu halda, hazırda 4,4 dəfə artaraq 1025,2 hektara çatdırılıb. Bunun da 15,6 hektarı yeni salınmış bağlardır.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda 929,8 hektar bar verən üzüm bağları mövcuddur.
Üzüm bağlarının 488 hektarı süfrə üzümü, 537,2 hektarı isə şərab üzümüdür.
2018-ci ildə sahələrdən 9620 ton üzüm yığılaraq satışa verilib. Üzüm istehsalının 9 tonu dövlət, 4969 tonu qeyri-dövlət, 4642 tonu isə əhali təsərrüfatlarında olub. Bu isə 2017-ci ilə nisbətən 665 ton və ya 7,4 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]