SANKT-PETERBURQDA PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Qafqaz ölkələri Ali qanunvericilik orqanları rəhbərlərinin görüşündə iştirak etmək üçün iyulun 14-dən 16-dək Sankt-Peterburqda səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və parlamentin işlər müdiri Əhməd Cəfərov daxildirlər.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironovun təşəbbüsü ilə keçiriləcək bu tədbirdə Cənubi Qafqazda ictimai-siyasi durum, regional münaqişələrin həlli yolları, dövlətlərarası münasibətlərin bugünkü vəziyyəti mövcud problemlərin aradan qaldırılması barədə geniş fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin
Mətbuat xidməti