SANKT-PETERBURQDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİNANIM GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Mərasimin iştirakçıları qarşısında çıxış edən baş konsul Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açmışdır. Sankt-Peterburq Administrasiyası xarici əlaqələr və turizm komitəsinin sədri A.Proxorenko Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərini xüsusi qeyd edərək, dahi rəhbərin ölkələrimizin ikitərəfli əlaqələrində əsil dönüş yaratdığını vurğulamışdır. Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri V.Məmişov ulu öndər Heydər Əliyevin Azərbaycan diasporuna diqqət və qayğısından söhbət açmışdır.
Mərasim ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması ilə başa çatmışdır.
Sonra şəhərin “Kurakin” sarayında ehsan süfrəsi açılmışdır. Təxminən 300 nəfərin iştirak etdiyi tədbirdə dahi rəhbərin ruhuna Qurandan ayələr oxunmuş, ümummilli lider haqqında videofilm nümayiş etdirilmişdir.