“Saudi Aramco” gündəlik neft hasilatını daha 1 milyon barrel azaldacaq
Bakı, 12 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalını sutkada daha 1 milyon barrel azaltmağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, daha əvvəl “Saudi Aramco” mayın 1-dən gündəlik hasilatını 12 milyon bareldən 8,5 milyon barrelə endirməyi planlaşdırırdı. Beləliklə şirkət neft istehsalını sutkada 7,5 milyon barrelə salacaq.
Şirkət bu addımı OPEC üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Küveytin daha kiçik həcmdə istehsal məhdudiyyətləri tətbiq etməsindən sonra atıb.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.
“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]