ŞAXTADA PARTLAYIŞ NƏTİCƏSİNDƏ 19 NƏFƏR HƏLAK OLMUŞDUR
İyulun 31-də “Zasyadko adına şaxta” icarə müəssisəsində baş vermiş partlayış nəticəsində 19 nəfər həlak olmuşdur.
Qəza baş verən anda şaxtada 759 nəfər, bilavasitə qəza sahəsində isə 20 şaxtaçı olmuşdur. Avqustun 1-də gecə bir şaxtaçının axtarışı davam etdirilmişdir. Qalan zərəçəkənlər yerin üstünə qaldırılmışlar.
Ukrinformun verdiyi xəbərə görə, Zasyadko adına şaxta 1958-ci ildən istismar olunur. Onun istehsal gücü ildə 1,5 minyon tondur. 9 minə yaxın adamın işlədiyi bu şaxta təhlükəli müəssisələr kateqoriyasına aiddir. Son üç il ərzində şaxtada xeyli insan tələfatı ilə nəticələnmiş üç qəza baş vermişdir. Belə ki, partlayış nəticəsində 1999-cu il mayın 24-də 50, 2001-ci il avqustun 19-da isə 55 şaxtaçı həlak olmuşdur.
İyulun 31-də baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidenti Ukrayna rəhbərinə başsağlığı teleqramı göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]