ORDU
Sədərək rayonu istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
![Sədərək rayonu istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub](/files/2021/2/1200x630/1626725041263172_1200x630.jpg)
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.