SƏDƏRƏK RAYONUNDA YENİ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Sədərəkdə rayon prokurorluğunun və məhkəməsinin yeni inzibati binaları istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikasının prokuroru, üçüncü dərəcəli ədliyyə müşaviri Səbuhi Şahverdiyev, Ali Məclisin sədri Vasif Talıbov iştirak etmişlər.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonda həyata keçirilən quruculuq işlərindən danışmışdır.
Vasif Talıbov Sədərəkdə yeni ünvanların yaradılması münasibətilə keçirilən tədbirin iştirakçılarını və kollektivləri təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsilmiş, mərasim iştirakçıları binalarda yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]