REGİONLAR
Sədr: Goranboy KOB-ların fəaliyyəti üçün geniş potensialı olan bölgəmizdir
![Sədr: Goranboy KOB-ların fəaliyyəti üçün geniş potensialı olan bölgəmizdir](/files/2024/2/1200x630/1716460285331005087_1200x630.jpeg)
Goranboy, 23 may, AZƏRTAC
Goranboy KOB-ların fəaliyyəti üçün geniş potensialı olan bölgəmizdir.
Bu sözləri AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, rayonun geniş kənd təsərrüfatı potensialı var.
“Bu rayonun kənd təsərrüfatında əkinçilik, bağçılıq, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və arıçılıq üstünlük təşkil edir. Rayonun ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 34 faizdən çoxdur”, - deyə O.Məmmədov vurğulayıb.
KOBİA sədri əlavə edib ki, Suqovuşanın düşməndən azad edilməsindən sonra Goranboy torpaqlarına da yeni həyat gəlib: “Əkin sahələrinin davamlı suvarılması kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb”.