Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfəq Mehrəliyeva: Yaxşı müəllimlər olmadan yaxşı alimlər yetişə bilməz - MÜSAHİBƏ

Şəfəq Mehrəliyeva: Yaxşı müəllimlər olmadan yaxşı alimlər yetişə bilməz - MÜSAHİBƏ

Stokholm, 8 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində 2017-ci ildən bəri hər il Nobel Mükafatı Müəllimlər Sammiti keçirilir. Budəfəki sammitdə dünyanın müxtəlif ölkələrindən olan müəllimlər Nobel Sülh mükafatı laureatları və aparıcı alimlərlə görüşərək təhsil sistemində vacib olan mövzuları müzakirə ediblər. Bu il Nobel Mükafatı Muzeyində keçirilən tədbirdə Azərbaycan da daxil olmaqla, otuzdan çox ölkədən müəllimlər iştirak ediblər. Tədbirdə ölkəmizi ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva təmsil edib.

Ş.Mehrəliyeva AZƏRTAC-a müsahibəsində sammitdə müzakirə olunan mövzu haqqında danışıb.

- Nobel mükafatı, əlbəttə ki, dünyada çox tanınan təsisatdır. Nobel Mükafatı Müəllimlər Sammiti isə o qədər də yox. Bizə bu platforma barədə nə deyə bilərsiniz?

-Doğru qeyd edirsiniz. Tanınmış Nobel qardaşlarından Alfred Nobelin vəsiyyəti əsasında yaradılan Nobel mükafatı 1901-ci ildən verilsə də, Nobel Mükafatı Müəllimlər Sammiti platforması cəmi yeddi il əvvəl yaradılıb. Burada səbəb çox sadə və məntiqlidir - yaxşı müəllimlər olmasa, elmə, öyrənməyə həvəs, yeni ixtiralara can atan alimlər də olmayacaq. Ona görə də, Nobel Mükafatı Muzeyi hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə müəllimləri və təhsil idarəçilərini bir araya gətirərək müasir tədrisdə həlli vacib məsələləri ünvanlayır. Xaricdən gələn müəllimlər üçün isə birgünlük sammitlə yanaşı, xüsusi birhəftəlik proqram qurulur. İştirakçılar məktəblərə gedərək dünyanın aparıcı yerlərini tutan İsveç təhsil sistemi ilə tanış olur, İsveç həmkarları ilə müzakirələr aparır, onların təcrübələrini mənimsəyirlər.

-Azərbaycan bu sammitə nə zamandan qatılır?

-Azərbaycan sammitdə artıq üçüncü dəfədir ki, iştirak edir. 2022-ci ildə ADA Universiteti burada İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə iştirak etdi. Növbəti ildə nümayəndə heyəti Azərbaycan Dillər Universitetindəki Skandinaviya Mərkəzindəki həmkarlarımızdan ibarət idi. Bu il iştirak edən yenə də ADA Universitetidir. Qeyd etmək istəyirəm ki, burada maraq doğuran sadəcə iştirak yox, mövzu seçimidir. 2017-ci ildən bəri sammitin mərkəzində olan mövzulara baxsanız, onlar “posthəqiqət” adlandırdığımız dövrdə nəyin elm olduğu, nəyin olmadığını araşdıran sahələrə baxır. O cümlədən saxta xəbərlərlə dolu mühitdə faktlara əsaslanan məlumatların tapılması, iqlim dəyişikliyi, dayanıqlılıq, miqrasiya kimi mövzuların şagirdlər tərəfindən düzgün anlaşılması və s. Yəni bunlar hər bir müəllimin sıx əlaqədə olan dünyada gənclərə öyrətmək istədikləridir. Onları hansı ən son elmi araşdırmalar əsasında, sinif otağında hansı alətləri istifadə etməklə həyat keçirməliyik? Sammit bu kimi mövzuları diqqətdə saxlayır.

-Builki sammitin maraqlı mövzusu var idi - “Beyini nəzərə alarkən”. Müzakirələriniz nəyin ətrafında qurulurdu?

-Sirr deyil ki, yeni texnologiyaların inkişafı neyroaraşdırmalar üçün kifayət qədər yeni imkanlar açmışdır. Bəlkə də, insan fiziologiyasına dair son onilliklər ən çox öyrəndiyimiz məhz insan beyninə aiddir. Müəllimlərin sinif otağında işlədiyi məhz bu orqandır və nəzərə alaraq ki, bizim şagirdlər və tələbələr sinif otağına gələndə onların beyni hələ inkişaf etməkdə olan mərhələdədir, onu düzgün anlamaq və onunla işləmək bacarığı olduqca vacibdir.

Budəfəki sammit beyinlə öyrənmə təcrübəsi arasında əlaqələrə baxırdı. Müzakirələrimzin xülasəsini ifadə edə bilsəm, deyərdim ki, gənclərin emosiyaları ilə onların öyrənmə sürəti və təcrübəsi arasında bilavasitə əlaqə var. Bundan əlavə, yaradıcı qabiliyyət və ya tədrisə maraq anadangəlmə cəhətlər deyil. Onları sinif otağında düzgün alətlərlə təşviq etmək olar. Əlbəttə ki, Nobel Mükafatı Müəllimlər Sammitinin orijinal missiyasına qayıdaraq deyə bilərik ki, müəllimlər bu mühiti nə qədər çox təşviq etsə, bir o qədər elm inkişaf edəcək, yeni ixtiralar ortaya qoyan alimlərin sayı artacaq. Mənim müşahidələrimə görə, İsveç məktəblərində şagird və tələbələrin müstəqil araşdırmasına daha çox yer verilir. Bununla, onlar materialı tək əzbərləmirlər, həm də emal edirlər və daha yaxşı qavrayırlar. Yeri gəlmişkən, Bakıda həyata keçirdiyim digər bir vəzifə - “Ədibin Evi”nin direkotru olaraq Stokholm İqtisadiyyat Məktəbinin prezidenti Lars Stranneqardın çıxışı diqqətimi xüsusi cəlb etdi. O bildirirdi ki, sahəsi və ixtisasından asılı olmayaraq gənclərin tədris prosesinə bədii ədəbiyyatın qatılması konkret faydalar verir - onların azad düşüncə tərzi, sorğulama qabiliyyəti, empatiya və mədəni savadlılığını artırır və xoşbəxtlik hissinin çoxalmasına gətirib çıxarır.

-İsveçə budəfəki akademik səfərinizdən gözləntiləriniz nədir?

-Mən Skandinaviyanın ən qədim universiteti-Uppsala Universitetində akademik mübadilədə iştirak edirəm. Kommunikasiya və media müəllimi kimi məni maraqlandıran, bu sahənin tədrisində yeniliklər, proqramların qurulması, fənlərin tədris edilməsi kimi məsələlərdir. Amma kommunikasiyanın ölkənin hər bir sahəsinə şamil edildiyi və səmərəli olduğu təqdirdə hər şeyin keyfiyyətinin dəyişdiyini nəzərə alaraq, İsveçin ümumi məlumat məkanını və havasını izləmək mənim üçün olduqca maraqlıdır. Yəqin ki, tanınmış etnoqraf Tor Heyerdahlın vikinqlərin əcdadlarının Qobustan ərazisindən gəlməsi fərziyyəsini eşitmisiniz. Yerli həmkarlarımla zarafatla bir-birimizi “uzaq qohum” adlandırsaq da, kökləri eyni olan bəşəriyyətin daha sonra kulturoloji fərqlərinin yaranma səbəbini araşdırmaq maraqlıdır. Bundan əlavə, Nobel irsi və Nobel mükafatının təsis olunmasında Azərbaycan irsi ilə bağlı müzakirələr aparmaq maraqlıdır. Bir çox isveçli bunu xoş təəccüblə qarşılayır. Bu, şəxsən mənə xatırladır ki, maarif prosesinin gətirdiyi dəyişikliklər həmişə müsbət və dayanıqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib