“SƏFƏRDƏ OLANLAR ÜÇÜN HƏKİM TÖVSİYƏLƏRİ”
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmarlar İnstitutunda Sərqdə, o cümlədən Azərbaycanda təbabət tarixinin öyrənilməsi üçün əhəmiyyətli olan 400-ə yaxın əlyazma saxlanılır. Onların nəşr edilib tədqiqatçılara və ümumən oxuculara catdırılmasının böyük əhəmiyyəti var.
İnstitut həmin qiymətli qaynaqlardan birini - Məhəmməd Mehdi ibn Əli Nağı Şərifin “Zadül-müsafirin” (“Səfərdə olanlar üçün həkim tövsiyələri”) əsərini çapdan buraxmışdır.
XVIII əsrdə Şərqdə məşhur olan bu əsər insanların sağlamlığının qorunmasına, şəxsi gigiyena məsələlərinə və həkimin müdaxiləsi olmadan ayrı-ayrı xəstəliklərin müalicəsinə həsr edilmişdir.
Əsəri fars dilindən tərcümə edən institutun əməkdaşı Kamal Abdullayev ona ön söz yazmış, müvafiq tibbi lüğət əlavə etmişdir.
Kitabın redaktoru filologiya elmləri namizədi Nəsib Göyüşovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [18:28]