Səfir Elnur Sultanov Braziliyanın aparıcı beyin mərkəzində cəbhədəki son gərginlik barədə məlumat verib
Bakı, 14 avqust (AZƏRTAC). Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Rio de Janeyro şəhərində bu ölkənin aparıcı ali təhsil ocağı və beyin mərkəzi olan “Jetulio Varqas” Fondunda “Azərbaycan: tarix, siyasət və mədəniyyət” mövzusunda çıxış edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, çıxışında E.Sultanov Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, həmçinin ölkəmizin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət barədə ətraflı məlumat verib.
Eyni zamanda, səfir Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün nəticələri barədə danışıb. Bildirilib ki, son günlər ərzində işğalçı dövlətin silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində cəbhə xətti boyunca gərginlik xeyli artıb və çox sayda insan tələfatı olub.
Sonda səfir Elnur Sultanov “Jetulio Varqas” Fondunun professor-tələbə heyətinin çoxsaylı suallarını cavablandırıb. Tədbir iştirakçılarına Azərbaycan haqqında, həmçinin Azərbaycan-Braziliya münasibətlərinə dair portuqal dilində materiallar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [19:50]
Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub
- 23.05.2026 [15:28]
Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
- 22.05.2026 [22:56]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [20:10]
“Bakı Fəaliyyətə Çağırış” sənədi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]