Şəhid anası: Füzulinin azad olunmasının sevincini yaşamaq mənim üçün böyük qürurdur
Füzuli, 17 oktyabr, Gülay Nəzərova, AZƏRTAC
Füzuli rayonunun və ətraf ərazilərin erməni qəsbkarlarından azad olunmasının sevincini yaşamaq mənim üçün böyük qürurdur. Biz şəhidlərimizlə fəxr edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günü tədbirlərində iştirak edən Füzuli sakini, şəhid Həmid Həmidlinin anası Könül Vəliyeva deyib.
Oğlunun keçdiyi döyüş yolundan söz açan şəhid anası deyib: “Həmid torpaqlarımızı işğaldan azad edəcəyimiz günü böyük səbirsizliklə gözləyirdi. Deyirdi ki, biz işğal altındakı torpaqlarımızı mütləq geri qaytaracağıq. Nəhayət, o gün gəldi! Ali Baş Komandan əmr verdi, torpaqlarımız azad edildi. Oğlum 44 günlük Vətən müharibəsində yaralansa da, yenidən cəbhəyə qayıtdı. Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı”.
“Mən şəhid analarının ağlamasını istəmirəm. Biz fəxr etməliyik. Bizim Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz və xalqımız var”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]