Şəhid anası: Övladlarımız Prezidentimizin “dəmir yumruğu” ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etdilər
Füzuli, 17 oktyabr, AZƏRTAC
Mən bu gün bütün füzulililəri təbrik edirəm. Övladlarımız Prezidentimizin “dəmir yumruğu” ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalovun anası Səridə Zalova söyləyib.
Məcburi köçkünlük şəraitində iki oğul böyütdüyünü bildirən S.Zalova deyib: “Övladlarımdan biri Füzuli döyüşlərində şəhid oldu, digəri isə yaralandı. Biz bu torpaqları geri qaytaran belə oğullar sayəsində indi Füzulidəyik. Bundan böyük qürur duyuram”.
“Otuzillik həsrətə son qoyuldu. İndi torpaqlarımızda başı dik, alnıaçıq gəzirik və bu, bizim üçün böyük fəxrdir. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin”, - deyə şəhid anası əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]