Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ ÜNUDULMAZDIR

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev oktyabrın 18-də, ölkəmizin Dövlət müstəqilliyi günü Şəhidlər xiyabanını ziyarət etmişdir.

Xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanına səhər tezdən dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Baş nazir İlham Əliyev onları səmimiyyətlə salamladı və ona yaxınlaşan kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verdi.

SUAL: İlham müəllim, Dövlət müstəqilliyi günündə Azərbaycana nə arzulayardınız?

CAVAB: Biz istəyirik ki, Azərbaycan müstəqil dövlət kimi möhkəmlənsin, güclənsin. Çalışacağıq ki, belə də olsun. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin ən böyük sərvətidir. Hamımızın borcudur ki, dövlətimizi möhkəmləndirək.

SUAL: Bakıda baş vermiş son hadisələrlə bağlı nə deyə bilərsiniz? Xarici ölkələrin bəzi informasiya vasitələri bunu dövlət çevrilişinə cəhd kimi də qiymətləndirirlər. Belə faktlar varmı?

CAVAB: Belə faktlar yoxdur, bu, kütləvi iğtişaşlardır, müxalifətin radikal qanadı özünün iç üzünü bir daha göstərdi. Bilirsinizmi, bu barədə mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Demişdim ki, heç nə unudulmayıbdır. Azərbaycan xalqı yaxşı xatırlayır ki, 1992-ci ildə, 1993-cü ildə məhz bu adamlar Azərbaycanda qardaş qanı tökdülər. Məhz bu adamlar Azərbaycanı xaosa, böhrana saldılar, ondan sonra qaçıb gizləndilər. Bu hadisələr də sanki, onun bir növ təkrarı idi. Fərq onda idi ki, o vaxt onların bu dağıdıcı fəaliyyəti 1992-ci ildə Azərbaycanda hakimiyyətdə olan qüvvələrə təsir edə bilmişdi. Bu dəfə isə bu, alınmayıb və heç vaxt da alınmayacaqdır. Azərbaycan qüdrətli dövlətdir, özünü müdafiə etməyə qadirdir. Belə hərəkətlərə, əlbəttə ki, son qoyulub və bundan sonra da ciddi tədbirlər görüləcəkdir. O adamlar ki, bu iğtişaşlarda iştirak ediblər, ona rəhbərlik ediblər, insanları qeyri-qanuni hərəkətlərə təhrik ediblər, onlar qanun qarşısında cavab verəcəklər.

X X X

Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmancasına həlak olmuş mərd mübarizlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq paytaxtımızın ən yüksək nöqtəsində ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoyuldu. Əklilin üzərində bu sözlər yazılmışdı: “Şəhidlərimizin əziz xatirəsinə, Azərbaycan Respublikasının Prezidentindən”.

Hərbi orkestrin ifasında respublikamızın dövlət himni əzəmətlə səsləndi.

Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələri Baş nazir İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 12-ci ildönümü münasibətilə onu təbrik etdilər, səmimi arzularını bildirdilər, xalqımıza sülh və tərəqqi arzuladılar.

Baş nazir İlham Əliyev onlara minnətdarlığını bildirdi.

Sonra Baş nazir İlham Əliyev Prezident seçilməsi münasibətilə onu təbrik edən mətbuat nümayəndələrinin suallarına cavab verdi.

SUAL: Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti kimi xalqımıza nə arzulayırsınız?

CAVAB: Sağ olun. Mən dəfələrlə demişəm, çalışacağam ki, Azərbaycan xalqına xidmət edim, Azərbaycan inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir vətəndaş özünü rahat, sərbəst, azad hiss etsin, onun yaşayış səviyyəsi yüksəlsin. Mənim arzum budur.

Arzum budur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində daha möhkəm mövqelər tuta bilsin. Bu istiqamətdə də böyük işlər aparılıbdır. Bir sözlə, mən çalışacağam ki, Azərbaycanda son on il ərzində yaranmış vəziyyət, onunla bağlı inkişaf özünü daha da büruzə versin. Çalışacağam ki, Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirim.

SUAL: İlham müəllim, seçkilərin nəticələri məlumdur, artıq bildiniz ki, Siz qalib gəlmisiniz. İlk olaraq Heydər Əliyev Sizi təbrik etdi, yoxsa Siz ona zəng etdiniz?

CAVAB: Bəli, mən zəng etdim və məlumat verdim. O da seçki prosesini izləyirdi və məni təbrik etdi.

SUAL: Onun Sizə tövsiyəsi oldumu?

CAVAB: Məsləhəti seçkilərdən qabaq olmuşdu. Yeni bir tövsiyə eşitmədim.

SUAL: Siz seçkilərdə qələbənizə inanırdınızmı?

CAVAB: Mən inanırdım ki, qalib gələcəyəm, çünki seçkilərdən əvvəlki bütün proseslər onu göstərirdi ki, Azərbaycan xalqı artıq öz seçimini edibdir. Eyni zamanda, seçkiyə qədər bir-iki həftə ərzində keçirdiyim görüşlər də bunu göstərirdi. Yəni xalqın münasibəti mənə bəlli idi. Sözün düzü, şübhə etmirdim ki, qələbə qazanacağam.

SUAL: Bakıda baş verən son hadisələri necə qiymətləndirirsiniz?

CAVAB: Mən bu hadisələri kütləvi iğtişaşlar kimi, bunları törədən adamların 1990-cı illərin əvvəllərinə qayıdışa cəhdi kimi qiymətləndirirəm. Xaos, anarxiya yaratmaq cəhdi kimi qiymətləndirirəm. Lakin bu, mümkün deyildir. Azərbaycan dövləti formalaşmışdır. Bu kütləvi iğtişaşlarda iştirak etmiş, vandalizmə yol vermiş bütün ünsürlər Azərbaycan Respublikasının qanunları qarşısında cavab verməli olacaqlar.

SUAL: İsa Qəmbəri, müxalifəti bu iğtişaşların təşkilatçıları hesab etmək olarmı?

CAVAB: Bunu Azərbaycan xalqı və hüquq-mühafizə orqanları həll edəcəklər. Mən hüquq-mühafizə orqanlarının əvəzinə fikir söyləyə bilmərəm. Təhqiqat aparılacaq və partiyada vəzifə tutub-tutmamasından asılı olmayaraq, hər kəsin, bu iğtişaşlarda nə dərəcədə əli olduğu müəyyən ediləcəkdir. Qanun qarşısında hamı bərabərdir. Bəzən elə olur ki, cinayət törətmək üçün partiya lideri olurlar və beləliklə, immunitet qazanırlar. Mən hesab edirəm ki, qanun qarşısında hamı cavab verməlidir. İsa Qəmbəri isə təhrikçi, qan tökülməsinin səbəbkarı kimi bütün Azərbaycan xalqı lənətləyəcəkdir.

SUAL: Bu hadisə ölkəmizin beynəlxalq imicinə təsir edə bilərmi? CAVAB: Əlbəttə, təsir edə bilər. Mənfi tərəfdən təsir edə bilər. Dünyanın bütün televiziya kanalları bu kadrları göstərirlər. Axı, bütün dünyada bu kadrlara baxan vətəndaşlar bilmirlər ki, bunu törədənlər Azərbaycan cəmiyyətinin cüzi bir hissəsidir. Onlarda elə təəssürat yarana bilər ki, ümumiyyətlə, Azərbaycanda sabitlik yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqı o səviyyədədir. Ona görə bu, mənfi təsir göstərə biləcəkdir. Bütün məsuliyyəti yenə də Müsavat Partiyası, onun rəhbərləri daşıyırlar və onlar qanun qarşısında cavab verəcəklər. SUAL: Seçkilərin xarici ölkələrdə qiymətləndirilməsi, ümumiyyətlə, sizi razı saldımı? CAVAB: Müxtəlif qiymətlər səsləndi. Ümumilikdə, qiymət o idi ki, seçkilər real vəziyyəti əks etdirir. Yəni, Azərbaycan xalqının seçimi belə idi. Azərbaycan xalqı İlham Əliyevə səs veribdir və təbii ki, müxtəlif çatışmazlıqlar da vardı. Xüsusilə, seçkilərdən qabaq olan bəzi hallar dünya standartlarına cavab vermirdi. Plakatların çap olunması, yaxud da ki, başqa məsələlər - bunlar ciddi xarakter daşımır. Ümumiyyətlə, seçkilər çox demokratik, ədalətli şəraitdə keçirilibdir. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərə məhz belə qiymət veribdir. Onların bəziləri ilə mən görüşmüşəm. Onlar məni ürəkdən təbrik ediblər. X X XMilli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə və digər rəsmi şəxslər əklilqoyma mərasimində iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO