Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Bakı, 15 may, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev mayın 16-da saat 11:00-da İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda İsmayıllı, Göyçay, Qəbələ, Şamaxı, Qobustan rayonlarının sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbulda iştirak etmək istəyənlər İsmayıllı MRX-də qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]