SƏHİYYƏNİN MALİYYƏLƏŞDİRİLMƏSİNDƏ İSLAHATLAR PROBLEMİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
ABŞ-ın ölkəmizdəki səfirinin müavini Ceyson Hayland bildirmişdir ki, onun ölkəsi Azərbaycanın səhiyyə sahəsində islahatlar layihəsini dəstəkləyir. USAİD bu məqsədlə 6 milyon dollar ayırmışdır. Səhiyyə sisteminin büdcədən maliyyələşdirilməsinin ilbəil artırılmasına baxmayaraq, Azərbaycan bu mühüm sosial sahəyə dövlət maliyyələşdirilməsi həcminin az olduğu ölkələr sırasındadır.
Səhiyyə naziri Oqtay Şirəliyev seminarın əhəmiyyətindən danışaraq demişdir ki, səhiyyənin maliyyələşdirilməsində islahatlar aparılması üçün beynəlxalq ekspertlərin rəyini öyrənmək, keçid dövrünü yaşamış digər dövlətlərin təcrübəsi ilə tanış olmaq lazımdır. Məsələn, Polşada səhiyyə sahəsində 3 dəfə islahat aparılmışdır.
Seminarda qarşıdakı 2 ildə bir sıra sınaq rayonlarında əhaliyə əsas tibbi xidmətlərin pulsuz göstərilməsinə, həm də arayış-məsləhət funksiyalarını yerinə yetirən xəstəxana sistemi yaradılmasına dair təkliflər irəli sürülmüşdür.