Şəhriyar Məmmədyarov “Shamkir Chess-2017”də liderliyi beşinci turda da davam etdirib
Şəmkir, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirinin beşinci turunun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan yarışın lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişna ilə heç-heçə oynayıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə edib.
Beşinci turda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə məğlub olub. ABŞ təmsilçisi Uesli So isə rusiyalı Vladimir Kramniki məğlub edib. Ukraynalı Pavel Elyanov və polşalı Radoslav Voytaşek şahmat taxtasından heç-heçə ilə ayrılıblar.
Beləliklə, beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. Aktivlərində 3 xal olan P.Elyanov və M.Adams 2-3-cü yerləri bölüşdürürlər. V.Topalov, U.So, S.Karyakin və V.Kramnik 2,5 xalla 4-7-ci sıradadırlar. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu yerləri bölüşdürürlər. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]