“Şəki” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb
Bakı, 30 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şəki” gəmi-bərəsi “Zığ” Gəmi Təmir və Tikintisi Zavodunda əsaslı təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Belə ki, gəmi-bərənin baş mühərrikləri təmir olunub, üç ədəd köməkçi mühərriki yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizmlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb. Eyni zamanda, “Şəki” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.
Qeyd edək ki, uzunluğu 154,47 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]