Şəki teatrında türk dramaturqun əsəri səhnələşdirilir
Şəki, 14 aprel, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Türk dünyasının görkəmli yazarı, dramaturq və teatr xadimi Tuncer Cücenoğlunun “Uçqun” pyesi əsasında eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Baş hakim), Əbülfət Salahov (Yaşlı kişi), Rəhim Qocayev (Kişi), aktyorlar Lalə Məmməd (Yaşlı qadın), Aytac İsmayılzadə (Gənc qadın), Cavidan Eminov (Gənc kişi), Nazilə İmamhüseynova (Qadın), Arzu Mustafayeva (Əvəçi), Xəyal Salahov (Kişi hakim), Sənubər İsrafilova (Qadın hakim), Azad Məmmədov (Mühafizəçi) ifa edirlər.
Tamaşa insanın içində olan qorxu hissinə qalib gəlməsi haqqındadır.
Müxbir – Mustafa Dadaşov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]