ŞƏKİ TEATRININ QASTROL SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və 4 gün davam edən qastrol günlərində teatrın yaradıcı kollektivi paytaxt tamaşaçılarına italyan dramaturqu Eduardo De Filipponun “Ruhlar”, Hidayətin “Məni qınamayın” komediyalarını və Bəxtiyar Vahabzadənin “Cəzasız günah” dramını təqdim etmişdir. Qastrol səfəri Gənc Tamaşaçılar Teatrında, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin quruluşçu rejissoru olduğu “Ruhlar” komediyası ilə başlamışdır.
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qastrol səfəri ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şəki teatrına göndərdiyi məktubda ifadə olunan səmimi fikirlər və xoş arzular kollektivdə böyük ruh yüksəkliyi yaratmışdır.
Qastrol səfərinin sonuncu günü Şəki teatrına, aktyorlardan Xanlar Həşimzadə, Əbülfət Salahov və Qənirə Məmmədovaya Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]