ŞƏKİDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI ARTMIŞDIR
Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2006-cı ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə olunmuşdur. İl ərzində rayonda qaramalın sayı 73 min 809 başa, qoyun-keçilərin sayı 239 min 604 başa, ev quşlarının sayı 243 min 403 başa, arı ailələrinin sayı isə 2450 ailəyə çatdırılmışdır. Hesabat dövründə rayonda ət istehsalı 2005-ci illə müqayisədə 300 ton, süd istehsalı 3031 ton, yumurta istehsalı 476 min ədəd, yun istehsalı isə 38 ton artmışdır.
Heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildə rayonda 2 yeni özəl damazlıq təsərrüfatı və 2 süni mayalandırma məntəqəsi yaradılmışdır.
Hazırda rayonun Orta Zəyzid kəndi ərazisində 600 başlıq yeni damazlıq heyvandarlıq kompleksinin tikintisi sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]