ŞƏKİDƏ MAL-QARANIN SAYI ARTMIŞDIR
Şəki, 18 aprel (AZƏRTAC). Şəki rayonunun heyvandarları cari qışlama dövrünü müvəffəqiyyətlə başa vurmuşlar. Şəhər statistika idarəsindən bildirmişlər ki, hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında saxlanılan inək və camışların sayı 86 min 166 başa, davarların sayı 383 min 14 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə inək və camışların sayı 1319 baş, davarların sayı isə 23 min 502 baş artmışdır.
Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini davam edir. İndiyədək artıq 1175 hektarda əkin aparılmışdır. Fermerlər 510 hektar sahədə kartof, 445 hektarda tərəvəz, 80 hektarda vələmir əkmiş, 140 hektar sahəyə çoxillik yonca toxumu səpmişlər.
Taxıl əkilmiş sahələrdə aqrotexniki qulluq işləri davam etdirilir, gübrə verilir, zərərvericilərə qarşı mübarizə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]