ŞƏKİDƏ ŞƏFİQƏ AXUNDOVANIN 80 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yubiley münasibətilə Şəki şəhərində keçirilən “Musiqiyə həsr olunmuş ömür” adlı ədəbi-bədii gecəyə toplaşanlar yubilyarı böyük sevgi ilə qarşılamışlar.
Yubiley gecəsində iştirak edən respublika Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, ombudsman Elmira Süleymanova, ayrı-ayrı kollektivlərin nümayəndələri yubilyara xoş arzularını bildirmiş, onun Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətləri barədə danışmış, müəllifi olduğu “Gəlin qayası” operasının Şərqdə qadın bəstəkar tərəfindən yazılan ilk səhnə əsəri olduğunu iftixar hissi ilə qeyd etmişlər.
Yubilyarı səmimi təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov Şəfiqə Axundovanı Azərbaycan bəstəkarlıq məktəbinin ən dəyərli nümayəndələrindən biri kimi qiymətləndirmiş, musiqi sənətinin inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illik yubileyinə görə görkəmli bəstəkara icra hakimiyyətinin fəxri fərmanını təqdim etmişdir.
Səmimi təbriklərə görə rayon rəhbərliyinə və tədbir iştirakçılarına xoş arzularını bildirən bəstəkar Şəfiqə Axundova bu unudulmaz gecənin heç vaxt yaddaşından silinməyəcəyini qeyd etmişdir.
Tədbir boyu ifa olunan mahnılar iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]