REGİONLAR
Şəkidə “Yaradıcı müzakirələr” adlı layihə həyata keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/1716451472284807796_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164514721653465006_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164514725642811347_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164514722851142268_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164514724968241824_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164514721985322564_1200x630.jpg)
Şəki, 23 may, AZƏRTAC
Mayın 22-23-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şəkidə “Yaradıcı müzakirələr” adlı layihə həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən layihə mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədi daşıyır.
Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub. Sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olub.
Qeyd edək ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən layihə çərçivəsində on regionda silsilə maarifləndirici tədbirlər də təşkil olunub.