Səməd Seyidov: Bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır
Bakı, 13 noyabr, AZƏRTAC
Bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır. Bu ölkədə təhsil alan tələbələrimizin sayı kifayət qədərdir. Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü münasibətilə noyabrın 13-də Bakıda keçirilən tədbirdə səsləndirib.
Bu günlərdə Azərbaycan Zəfərinin 3-cü ildönümünü təntənə ilə qeyd etdiyini bildirən S.Seyidov Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.
"Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır", - deyə Milli Məclisin deputatı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]