Şəmkirdə 510 hektar yeni meyvə bağı salınıb
Şəmkir, 23 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Ötən mövsüm Şəmkirdə 510 hektar yeni meyvə bağı salınıb.
Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bunun 427 hektarı intensiv, 83 hektarı isə ənənəvi bağlardır. Bununla da rayonda meyvə bağlarının sahəsi 5735,5 hektara çatıb.
Ötən il bu bağlardan 122175 ton məhsul götürülüb. Bu göstərici 2024-cü illə müqayisədə 13674 ton çoxdur. Təkcə üzüm bağlarının sahəsi 531 hektardır. Bu sahələrdən 9613,9 tonu süfrə, 4930,2 tonu şərab üzümü olmaqla, 12109,7 ton məhsul yığılıb.
Rayonda yetişdirilən meyvə məhsulları daxili bazara çıxarılmaqla yanaşı, xarici bazarlara da ixrac olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]