Şəmkirdə buğda sahələrində orta məhsuldarlıq 34,3 sentner təşkil edir
Şəmkir, 10 avqust, Rauf Hacıyev, AZƏRTAC
Bərəkətli torpaq, şirin su mənbələrinə yaxınlıq, sağlam toxum, bir də əkin sahəsinə göstərilən düzgün qulluq. Bütün bunlar hər bir əkinçiyə mənfəət gətirən və onun zəhmətini səmərəli edən əsas amillərdir. Məhz Şəmkirdə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və bu sahədə olan problemlərin vaxtında həlli yollarının tapılmasının nəticəsidir ki, rayon zəhmətkeşləri bu il də öz sahələrindən bol məhsul əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə, ümumilikdə, 165 min 631 hektar torpaq sahəsi var. Bundan 43 min 525 hektarı dövlət, 73 min 240 hektarı bələdiyyə, 48 min 866 hektarı isə xüsusi mülkiyyətə məxsus torpaqlardır. Rayonun əkinə yararlı 46 min hektar torpaq sahəsindən 40 min 500 hektarı suvarılan torpaq sahələridir.
Cari ildə 40 min 662 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 204 hektar sahədə taxıl əkilib. Bu, ötənilki dövrlə müqayisədə 0,5 faiz çoxdur. Bu günədək 40-a yaxın kombayn vasitəsilə 5121 hektar buğda sahəsi biçilib. Hər hektardan orta məhsuldarlıq 34,3 sentner olmaqla 17560 ton buğda yığılıb. 3464 hektar arpa sahəsindən isə hər hektardan orta məhsuldarlıq 31,6 sentner olmaqla 10946 ton məhsul əldə edilib.
Hazırda biçin işləri rayonun yüksək dağlıq ərazilərində davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]