Şəmkirdə keçirilən minifutbol turnirində 8 komanda mübarizə aparıb
Şəmkir, 18 may, AZƏRTAC
Şəmkirdə 28 May – Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr arasında minifutbol üzrə turnir keçirilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirdə 8 komanda mübarizə aparıb.
Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.
Müxbir – Vüsalə Cənnətova