SENAT ABŞ-IN AZƏRBAYCANDA YENİ SƏFİRİNİN NAMİZƏDLİYİNİ TƏSDİQLƏYİB
ABŞ Senatı Birləşmiş Ştatların 14 ölkəyə təyin olunan yeni səfirlərinin namizədliklərini təsdiqləyib. Səsvermədən ABŞ-ın Azərbaycandakı yeni səfiri Reno Harniş və Türkiyədəki diplomatik missiyasının yeni başçısı Erik Edelman da keçiblər.
AZƏRTAC- ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, Reno Harniş ötən həftə Senatın Xarici Əlaqələr Komitəsində çıxış edərək Azərbaycanda diplomatik fəaliyyətinin əsas istiqamətlərini açıqlamışdır. Diplomatın sözlərinə görə, bunlar antiterror mübarizəsində Azərbaycanın rolu, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatların davam etdirilməsi və Şərq-Qərb enerji dəhlizinə Amerikanın davamlı dəstəyi olacaqdır.
Senatdakı təsdiqlənmədən sonra Reno Harniş Kosovaya - buradakı diplomatik fəaliyyətini başa vurmağa qayıdıb. Onun yeni təyinat yerinə bu ilin payızında gələcəyi gözlənilir.
Şəfəq Akifqızı
AZƏRTAC- ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]