Senator Sanders tələbələrin 1,6 trilyon dollarlıq borcunun silinməsini təklif edir
Bakı, 25 iyun, AZƏRTAC
2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olan demokrat-senator Berni Sanders amerikalı tələbələrin hazırda 1,6 trilyon dollara çatan bütün təhsil kreditlərinin tamamilə və yubanmadan silinməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, Sandersin qanunverici təşəbbüsü dəstəklənərsə, bu, ümumilikdə 45 milyon amerikalıya təsir edəcək. Senator borcların maliyyə tranzaksiyalarına, əsasən də birja əməliyyatlarına (0,5 faiz) və qiymətli kağızlara (0,1 faiz) əlavə olunacaq yeni vergilər hesabına ödənilməsini təklif edir. Siyasətçi bütün bunları “Wall Street vergiləri” adlandırır. Təklifin reallaşacağı təqdirdə, Berni Sanders tələbə borcları probleminə yarım il ərzində son qoymağı mümkün hesab edir.
Bir qədər əvvəl Ağ ev 2003-cü ildən bəri ABŞ-da tələbə kreditləri üzrə borcların ümumilikdə 350 faizdən çox artdığını bildirib. Hakimiyyətin proqnozuna əsasən, təhsil almaq üçün kredit götürən amerikalıların təxminən 30 faizinin borclarını ödəmək imkanı yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]
İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib
- 08.06.2026 [11:58]
Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
- 08.06.2026 [11:22]
İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb
- 08.06.2026 [11:21]
Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər
- 08.06.2026 [10:34]
Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]