SENTYABR AYINDA 64 MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, agentlik sentyabr ayı ərzində 688 min 957 kvadratmetr ərazini minalardan və partlamamış hərbi sursatdan (PHS) təmizləmişdir. Həmin ərazidə 64 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlarda 138 istehkamçı, 15 PHS operatoru, 8 paramedik, 100-ə yaxın yardımçı işçi və 22 minaaxtaran it iştirak etmişdir.
İndiyədək 20 milyon kvadratmetrə yaxın ərazi minalardan təmizlənmiş, 6 min 559 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]