Sentyabrda ərzağın, içkilərin və tütünün istehlak qiymətləri indeksi artıb
Bakı, 1 noyabr, AZƏRTAC
Cari ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 102,6 faiz, həmin ilin yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, cari ilin sentyabr ayında avqust ayına nisbətən çörək, çörək məmulatları və yarmalar üzrə istehlak qiymətləri indeksi 101,8 faiz, ət və ət məhsulları 100,6 faiz, balıq və balıq məhsulları 101,3 faiz, süd və süd məhsulları, yumurta 102,3 faiz, kərə və bitki yağları 100,5 faiz, meyvələr 99,8 faiz, tərəvəzlər 113,5 faiz, qənd, cem, bal və şokoladlar üzrə isə 100,8 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]