Sentyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 23-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 55-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 22-27° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 17-22° isti olacaqdır.