Serbiya ilə Çin azad ticarət sazişi imzalayıb
Belqrad, 18 oktyabr, AZƏRTAC
Serbiya və Çin arasında Azad ticarət haqqında razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, sənəd Serbiya Prezidenti Aleksandar Vuçiçin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə imzalanıb.
Görüş çərçivəsində Serbiya ilə Çin arasında müxtəlif anlaşma memorandum və sazişlərə də imza atılıb.
Aleksandar Vuçiç azad ticarət sazişinin iki ölkə arasında münasibətlərdə yeni perspektivlər açdığını deyib. Bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkəsi üçün böyük faydalar gətirib, Serbiya-Çin əməkdaşlığında bütün sahələrdə irəliləyişə nail olunub.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Qərbi Balkan regionu ölkələrindən yeganə rəsmi şəxs kimi Pekində keçirilən 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]