Serbiyada keçirilən Avropa birinciliyində sablyaçımız Zərifə Hüseynova 12-ci olub
Bakı, 6 mart, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə sablyaçımız Zərifə Hüseynova uğurlu çıxış edib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini 4 qələbə ilə bitirən Zərifə Hüseynova uğurlu çıxışın davamını pley-offda da gətirib.
İlk pley-off görüşündə Yunanıstan təmsilçisi Konstantina Kefalanı 15:10 hesabı ilə məğlub edən Zərifə ən güclü 8 idmançı sırasına yüksəlmək uğrunda keçirilən qarşılaşmada macar Emese Domonkosa 4:15 hesabı ilə uduzub.
Zərifə Hüseynova yekun sıralamada 12-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]