Serbiyanın sabiq və yeni Baş nazirləri ölkədəki siyasi və iqtisadi vəziyyəti müzakirə ediblər
Belqrad, 3 may, AZƏRTAC
Serbiyanın keçmiş Baş naziri, hazırda Serbiya Tərəqqi Partiyasının rəhbəri olan Milos Vuçeviç və yeni Baş nazir Duro Macut ölkədəki siyasi və iqtisadi vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Serbiya hökumətinin məlumatına görə, Duro Macut və Milos Vuçeviçin görüşündə ölkədəki hazırki siyasi və iqtisadi vəziyyət, eləcə də Serbiyanın davamlı inkişafı və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələr barədə müzakirələr aparılıb.
Duro Macut bildirib ki, yeni hökumətin qarşıdakı dövrdə prioriteti bu istiqamətdə fəaliyyəti gücləndirmək olacaq.
Milos Vuçeviç isə qeyd edib ki, yeni Baş nazirlə görüşdə Serbiyanın gələcək inkişafı, tərəqqisi və bütün vətəndaşları üçün daha da yaxşı həyat naminə ən vacib məqsədlər razılaşdırılıb.
Xatırladaq ki, Serbiya Milli Assambleyası martın 19-da Baş nazir Milos Vuçeviç və hökumətin istefasını təsdiqləyib. Milos Vuçeviç və bir neçə nazir keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyaları fonunda istefa vermişdilər.
Serbiya Prezidenti Aleksandar Vuçiç aprelin 6-da yeni hökuməti formalaşdırmağı professor Duro Macuta tapşırıb. Serbiya parlamenti isə aprelin 16-da Duro Macutun Baş nazir vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
- 01.10.2026 [02:44]
Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]