Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda Azərbaycanın uşaq ədəbiyyatı haqqında məruzə edib
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Kosovoda keçirilən I Beynəlxalq Prizren Elmi Araşdırmalar və İnnovasiyalar konfransında onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, konfransda Fidan Nəsirovanın “Şəxsiyyəti formalaşdıran ədəbiyyatın təşəkkülü: dünəndən bu günə baxış” mövzusunda məruzəsi dinlənib. O, Azərbaycan uşaq ədəbiyyatının yaranması ilə bağlı filoloji fikir tarixindəki çoxsaylı mövqe və yanaşmaların elmi təhlilini aparıb, bu ədəbiyyatın mərhələli inkişafı, ilkin mənbə və qaynaqları haqqında dinləyiciləri məlumatlandırıb. Məruzədə uşaqların ədəbi-estetik zövqünün, dünyagörüşünün, ümumilikdə həyat və yaşam haqqındakı təsəvvürlərinin formalaşmasında müstəsna əhəmiyyətə malik bədii yaradıcılıq nümunələrinin ideya, mövzu, forma və məzmun seçimindəki prioritetlər diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]