Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunda Günəş Elektrik Stansiyası istifadəyə verilib

Şərur, 5 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın kompleks inkişafına xidmət edir. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin uzaqgörən siyasətinin bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 5-də - Ulu Öndərin anadan olmasının 99 illiyi ərəfəsində Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, muxtar respublikada ümumi qoyuluş gücü 240,5 meqavat olan 11 elektrik stansiyası vardır ki, onlardan ümumi qoyuluş gücü 103,5 meqavat olan 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Şərur rayonunun Zeyvə kəndində Günəş Elektrik Stansiyasının tikintisi üçün 35 hektar əkinəyararsız torpaq sahəsi ayrılıb. Ayrılan 15 hektar ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib. Ötən ilin iyun ayında İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyaları quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirərək deyib: Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpaolunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür. Naxçıvan şəhərində, Kəngərli və Şərur rayonlarında Günəş və su, Culfa rayonunda isə külək elektrik stansiyalarının qurulması nəzərdə tutulmuşdur. Hazırda Ordubad rayonunda iki su elektrik stansiyasının qurulması davam etdirilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Culfa rayonunda 1,1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasının açılışı olmuşdur. 10 yeni Külək Elektrik Stansiyasının qurulmasına isə qısa zamanda başlanılacaqdır. Eyni zamanda, qarşıdakı illərdə hər birinin gücü 1,5 meqavat olan 5 külək elektrik stansiyasının qurulması da nəzərdə tutulmuşdur. Bu tədbirlərdən sonra muxtar respublikanın enerji tələbatı tamamilə bərpa olunan enerji hesabına ödəniləcəkdir. Həyata keçirilən tədbirlər imkan verəcək ki, muxtar respublikada energetika sistemində yenidənqurma işləri aparılsın, gəlirlər artırılsın, energetiklərin maddi vəziyyəti yaxşılaşdırılsın və muxtar respublikada dayanıqlı enerji sistemi qurulsun.

“İnsanların həyatını ərzaqsız təsəvvür etmək mümkün olmadığı kimi, enerjisiz də təsəvvür etmək mümkün deyil”, - deyən Ali Məclisin Sədri bildirib ki, buna görə də elektrik enerjisinə olan tələbatın artdığını nəzərə alaraq yeni elektrik stansiyalarının qurulması işi davamlı həyata keçirilir. Bu stansiyaların qurulmasında müxtəlif şirkətlər iştirak edir. Bunlardan biri də İsveçrənin tanınmış “Pure Energy Development” SARL şirkətidir.

Ali Məclisin Sədri şirkətin rəhbərinə səmərəli fəaliyyətə görə təşəkkürünü bildirib, əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Ali Məclisin Sədri deyib: Bu gün istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır. Bu da, ümumilikdə, muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir. Şərur rayonunda qurulan 8 meqavatlıq Günəş Elektrik Stansiyası isə rayonun elektrik enerjisinə olan tələbatının 17 faizini təşkil edəcəkdir.

Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib: “Bu gün 3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Ali Məclisin Sədrini və Naxçıvan sakinlərini təbrik edir, o cümlədən şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik. Artıq 2014-cü ildən etibarən Naxçıvandayam. Bu illər ərzində Naxçıvanda kompleks inkişafın şahidi olmuşam. Heç şübhə yoxdur ki, Naxçıvan Ali Məclis Sədrinin rəhbərliyi altında gələcəkdə daha çox uğurlara imza atacaqdır. Naxçıvanın coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Əminəm ki, muxtar respublika rəhbərinin dəstəyi ilə Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcəkdir”.

Sonra stansiyaya baxış olub.

Bildirilib ki, stansiyada alçaq və yüksəkgərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunub. Stansiyanın mövcud SCADA sistemi genişləndirilib, iki böyükölçülü nəzarət monitorları və kompüter avadanlığı quraşdırılıb. Yenilənmiş SCADA sistemi elektrik enerjisi istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradıb. Eyni zamanda, istehsal proseslərini yerində və ya uzaqdan idarə etmək, real vaxt rejimində verilənləri müşahidə etmək, toplamaq və emal etmək, etibarlılıq və təhlükəsizliyi gücləndirməklə yanaşı, digər günəş elektrik stansiyalarının sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə şərait yaradır.

Qapalı paylayıcı quruluşda əlavə olaraq yeni yarımstansiyalar üçün 3, “Arpaçay-2” Su Elektrik Stansiyasına və 110/35/10 kilovoltluq Şərur yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xətlərinə qoşulma etibarlılığını artırmaq üçün 2, stansiya binasının xüsusi sərfiyyatı üçün 1, ölçü transformatorları üçün 1, gələcəkdə layihə gücünü genişləndirmək üçün isə 2 ədəd ehtiyat 35 kilovoltluq eleqaz açarları quraşdırılıb. Stansiyanın layihə gücü 8 meqavata çatdırıldığı üçün il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.

Qeyd olunub ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil və 3 ölçü cihazı verilib.

Sonra Ali Məclisin Sədri Şərur rayonunda tikiləcək 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının layihəsinə və əraziyə baxıb, işlərə başlanılması barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev muxtar respublika energetikləri adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-offda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub