Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı başa çatıb
Şərur, 24 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasındakı Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı başa çatıb. Qəbul imtahanında 474 şagird iştirak edib.
AZƏRTAC xəbər verir ki, imtahanı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad - XXI əsr” kursu keçirib. Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə 2 imtahan rəhbərinin nəzarəti ilə keçirilən imtahan saat 11:00-da başlayıb və 13:30-da bitib. İmtahanda VI sinfi bitirən şagirdlər iştirak ediblər.
Şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 16, fizika üzrə 24, riyaziyyat üzrə 24, xarici dil, tarix, biologiya və coğrafiya fənlərinin hər biri üzrə 9 olmaqla, 100 sual təqdim edilib. Onların bilik və bacarıqlarını üzə çıxarmaq üçün imtahanda hərtərəfli şərait yaradılıb.
Ötən il fəaliyyətə başlayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə hazırda 150 şagird təhsilini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:48]
Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib
- 28.05.2026 [18:45]
Cəlilabadda 18 yaşlı gənc suda boğulub
- 28.05.2026 [17:17]
“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb
- 28.05.2026 [17:09]
Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır
- 28.05.2026 [12:20]