SƏUDİYYƏ ƏRƏBİSTANININ CƏRRAHLARI SİAM ƏKİZLƏRİNİ AYIRMIŞLAR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Ər-Riyaddakı Kral Əbdüləziz adına tibb mərkəzində Kasablankada doğulmuş Səfa və Marua adlı siam əkizlərinin bir-birindən ayrılması əməliyyatı səudiyyəli cərrahlar tərəfindən uğurla aparılmışdır.
Əməliyyat fəsadsız ötüşmüş, qızların vəziyyəti sabitdir. Onlar reanimasiya şöbəsində 10 gün qalmalıdırlar.
Mərakeşli qızların xilas edilməsi Səudiyyə Ərəbistanı kralının əməliyyatı maliyyələşdirməsi sayəsində mümkün olmuşdur.
Bədənlərinin və qarınlarının aşağı nahiyəsindən bitişik olan əkizləri bir-birindən ayırmaq əməliyyatı 9 saat çəkmiş və bir neçə mərhələdə aparılmışdır. Bu sahədə çoxdan ixtisaslaşmış səudiyyəli cərrahlar artıq 20-dən çox belə əməliyyat aparmışlar.
Bundan əvvəl 2006-cı ildə onlar digər mərakeşli əkizləri - Xafsu və İlmamı bir-birindən ayırmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]