SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI AZƏRBAYCAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səmimi şəraitdə keçən görüşdə səfir Ramazan ayı münasibətilə Səudiyyə Ərəbistanında akkreditə olan Asiya dövlətlərinin diplomatik nümayəndələri adından Kralı və qardaş Səudiyyə Ərəbistanı xalqını təbrik etmiş və xoş arzularını çatdırmışdır.
Elə həmin gün səfir E.Araslı Səudiyyə Ərəbistanının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Sultan bin Əbdüləziz Al Səudun qəbulunda olmuşdur.
Kral Abdulla bin Əbdüləziz və Vəliəhd Sultan bin Əbdüləziz öz növbələrində səfir E.Araslıdan bütün müsəlman aləmində müqəddəs bayram kimi qeyd olunan Ramazan ayı ilə əlaqədar Asiya dövlətlərinin səfirləri vasitəsilə təmsil etdikləri ölkələrin rəhbərlərinə səmimi salamlarının və təbriklərinin çatdırılmasını xahiş etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]