Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səudiyyə qəzeti diplomatımızın Qarabağ həqiqətləri barədə məqaləsini dərc edib

Səudiyyə qəzeti diplomatımızın Qarabağ həqiqətləri barədə məqaləsini dərc edib

Bakı, 19 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycanda erməni hərbi qüvvələrinin qeyri-qanuni mövcudluğu böhranı” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən mina terroru nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olduğu, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanına çevrildiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan tanklar və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, minaatanlar, döyüş texnikası və silahlarla təchiz edilmiş on min nəfərdən artıq hərbçisini Azərbaycanın Qarabağ regionunun ərazisində saxlayıb. Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi texniki, maddi-texniki və maliyyə dəstəyi ilə təmin edilib. Yazıda üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı bütün növ hərbi fəaliyyətləri dayandırmaq və hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaqla bağlı öhdəliyinə əməl etmədiyi və Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin Ermənistanın Azərbaycan ərazilərində hərbi mövcudluğunu bir daha nümayiş etdirdiyi qeyd olunub. Bildirilib ki, 24 saat ərzində qanunsuz birləşmələrin 90-dan çox hərbi postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 radioelektron müharibə sistemi, 2 zenit-raket kompleksi zərərsizləşdirilib.

Məqalədə bildirilib ki, lokal antiterror tədbirləri nəticəsində Ermənistanın Azərbaycanın suveren ərazisində qeyri-qanuni güc tətbiqi ilə bağlı yeni status-kvonun yaradılması və “təmas xətti məntiqi”nə əsaslanan boz zonanın saxlanması üzrə sistemli cəhdləri boşa çıxarılıb. Ordumuz çətin relyefə və illər ərzində düşmən tərəfindən yaradılmış istehkamların mövcudluğuna baxmayaraq, qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək bütün sahələrdə mühüm hərbi uğurlar əldə edib.

Səfir vurğulayıb ki, lokal antiterror tədbirlərinə başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bütün hərbi hissələrə Qarabağ bölgəsində yaşayan erməni əhaliyə ziyan dəyməməsi, mülki əhalinin müdafiəsi ilə bağlı ciddi tapşırıqlar verib. Məqalədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün atdığı hər bir addımın, o cümlədən lokal antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğu, heç bir şəkildə mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığı oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin baş çatmasından dərhal sonra Azərbaycan tərəfi Ermənistan rəhbərliyinə, onun xaricdəki himayədarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu davam etdirməsinə son qoymağa çağırıb. Cinayətkar xunta təslim olduqdan sonra münaqişə tarixə qovuşub və Qarabağın erməni əhalisi nəhayət ki, rahat nəfəs almağa başlayıb.

Yazıda qeyd edilib ki, erməni separatçıları, hərbi cinayətkarlar, Ermənistan və Qarabağdakı separatçı xunta yerli erməni əhalidən girov kimi istifadə edib. Məqalədə lokal antiterror tədbirlərinin sülh danışıqları qarşısındakı maneəni aradan qaldırmağa imkan yaratdığı, Cənubi Qafqazda yeni reallığın meydana gəldiyi qeyd olunub.

Məqalədə Cənubi Qafqaz regionunun əsrlər boyu çəkişmələr, müharibələr və qanlı toqquşmalara şahid olduğu, buna son vermənin vaxtının çatdığı, regionun gələcəyinin sülh, sabitlik və firavanlıq üzərində qurulmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bu ölkə ilə qarşılıqlı hörmət əsasında həqiqi dialoqa hazırdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün sağalmamış yaralarına, şəhər və kəndlərimizin kütləvi şəkildə dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, Azərbaycan bir daha Ermənistana ədalətli və davamlı sülh təklif edir və onun müsbət qarşılanacağına ümid bəsləyir.

Məqalədə 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası ilə bağlı dialoqun başlanıldığı, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan hökumətinin xüsusi nümayəndəsi ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında çoxdan gözlənilən görüşün baş tutduğu, görüş zamanı Azərbaycan hökumətinin Qarabağın erməni əhalisi üçün reinteqrasiya planlarını açıqladığı, habelə infrastrukturun bərpası və istismarı ilə bağlı məsələlərin müzakirə olunduğu, erməni əhalinin xahişi ilə Azərbaycanın dövlət qurumları tərəfindən tezliklə uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər sosial obyektlərin istifadəsi üçün yanacağın çatdırılması, habelə digər humanitar dəstək tədbirlərinin həyata keçirilməsinin qərarlaşdırıldığı və sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın elektrik şəbəkəsinə qoşulduğu ifadə edilib.

Müəllif Azərbaycan Prezidentinin tapşırığı ilə Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı, qrupa Azərbaycanın Qarabağ bölgəsində sosial rifah, humanitar yardım, iqtisadiyyatın bərpası və infrastrukturun bərpası da daxil olmaqla geniş spektrli məsələlərin həllinin tapşırıldığını da diqqətə çatdırıb.

Səfir sonda dövlətlərin daxili işlərinə müdaxilə etməmək, milli azlıqların cəmiyyətə inteqrasiyasına mane olmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı beynəlxalq öhdəlikləri xatırladaraq, Azərbaycanın regionda sülh, sabitlik və rifahda marağı olan bütün tərəfdaşlarla konstruktiv əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar